Teymur Əmrah qız axtarır
23 İyun 2013 Bazar 11:31
“Mənə sakit, qəşəng qız lazımdır”
Əməkdar artist Teymur Əmrah qohumuyla evlənməkdən imtina edib. Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə o, “ATV-maqazin” verilişinə bildirib.

“Ola bilər ki, bir neçə ay sonra toy çaldırım, amma hələ qız seçməmişəm. Mənə sakit, qəşəng qız lazımdır. Mənə təklif elədilər ki, qohumumla evlənim, mən isə sadəcə ona görə imtina elədim ki, qohumla evlənmək istəmirəm. İndi qız axtarışındayam”, - müğənni deyib.

T.Əmrah etiraf edib ki, gələcək xanımının Natavan Həbibiyə oxşamasını çox istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar