Teymur Əmrah cərrahiyyə əməliyyatı olunub
20 İyul 2011 Çərşənbə 09:55
Əməkdar artist Teymur Əmrah həkimlərin səyi nəticəsində xilas olub.
Əməkdar artist Teymur Əmrah cərrahiyyə əməliyyatı olunub. ANS PRESS-in məlumatına görə, əməliyyat müğənninin mədəsində aparılıb.
Doğmalarının yaşadığı Gəncəyə dincəlməyə gedən Teymur Əmrahın mədəsindən şiddətli sancılar tutub. Sənətçinin şiddətli ağrılardan hətta komaya düşdüyü deyilir. Təcili olaraq Gəncə şəhər xəstəxanasına çatdırılan əməkdar artist həkimlərin səyi nəticəsində xilas olub.
Hal-hazırda əməkdar artistin vəziyyəti kafidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: