Terane Qumral ve Musa Musayev bazarlıqda
10 İyun 2013 Bazar Ertəsi 03:57
Son zamanlar xeyanet müstevisinde aile münaqişesi ile gündemde olan müğenniler Terane Qumral ve Musa Musayev Bazarlıq rubrikasında qonaq olublar.
Son zamanlar xəyanət müstəvisində ailə münaqişəsi ilə gündəmdə olan və bununla da daha böyük populyarlıq qazanan müğənnilər Təranə Qumral və Musa Musayev Lent.az-ın “Bazarlıq” rubrikasında qonaq olublar. ANS PRESS-in məlumatına görə, T. Qumral bildirib ki, hər bir ailədə söz-söhbət olur.

O deyib ki, məşhursansa, ailən mətbuatın, cəmiyyətin maraq dairəsində olacaq: “Musa ilə rəsmi olaraq ər-arvad olmasaq da, bir evdə yaşayırıq. Bir çoxları deyir ki, Təranə uşağına görə Musanı bağışladı. Amma bu, yalan fikirdir. Musanı sevdiyim üçün bağışladım. Ürəyi necə təmiz olduğunu bilirəm, həm də diqqətcildir. Düzdür, bir ara onun beynini doldurdular, o da aqressiv olduğu üçün bu söz-söhbətlər oldu. Amma indi hər şey qaydasındadır, bu mövzuya bir daha qayıtmaq istəmirəm. Yaxşısı budur alış-verişimizə başlayaq”.

Hansı yeməyi daha çox xoşladıqları barədə sualı cavablandıran T. Qumral deyir ki, yaxşı plov dəmləyir və ən çox da aş yeyirlər. Musa Musayev isə bildirdi ki, Təranə çox gözəl yeməklər bişirir: “Necə deyərlər, əlinin duzu var. Amma biz o qədər də ət yeyən deyilik”.

Jurnalist spirtli içkiləri görüb, Musa Musayevdən araq alıb-almamaq istədiyini soruşur. Musa Musayev cavab verməyə macal tapmamış Təranə reaksiya verir: “Musa namaz qılır! Bilirsən onu araqdan necə uzaqlaşdırdım!

Musa Musayev isə cavab verir: “Zarafat edirəm. Xeyli zamandır ki, araq nədir, tanımıram. İndi normal həyatım var. İçkinin insana xeyri yoxdur, məni bu içkidən Təranə xanım uzaqlaşdırdı. Buna görə ona hər zaman minnətdar olacam”.

























DOSTLARINLA PAYLAŞ:

oyunlar