Terane Qumral ve Musa Musayev cütlüyünün qızının 6 yaşı bitib.
Son zamanlar daha çox qalmaqallarada adları gedən cütlük Təranə Qumral və Musa Musayev övladlarına ad günü keçirdilər. ANS PRESS-in məlumatına görə, sevgilərinin bəhrəsi olan Sevgimin 6 yaşı tamam oldu.
Sənətçilər şad günlərini paytaxt restoranlarından birində qeyd ediblər. Sevgimin ad günündə yaxın qohumları və xalq artisti Niyaməddin Musayevin qızı Röya, kürəkəni Rəmzi, həmçinin nəvəsi Ayxanda iştirak edib.
Ata-anası çox sevdiyini və onlarla fəxr etdiyini deyən Sevgim elə ən böyük doğum günü hədiyyəsini də atası Musa Musayevdən alıb. 1 metr 30 sm-lik "Barbi" kuklasını özündən kənar buraxmayan Sevgim doğum günündə qonaqlar üçün şeirlər söyləyib, mahnılar oxuyub. İstedadı ilə heç də ata-anasından geridə qalmayan səbəbkar böyüyəndə valideynlərinə layiqli övlad olacağına söz verib.
Qeyd edək ki,Sevgim bu il 1-ci sinifə gedib.