Telekanallar tanınmış stilisti şərlədilər...
17 Noyabr 2012 Şənbə 17:42
Pərviz Mirzəyev çaşğınlıq içindədi
Tanınmış stilist Pərviz Mirzəyev çaşqınlıq içindədi. Stilist ANS PRESS-ə açıqlamasında bildirib ki, srağagün keçirdiyi qəza ilə bağlı telekanallarda gedən sujetlər onu yaman əsəbiləşdirib.
Sujetlərdə onun qəza törətmiş qara rəngli "Range Rover" markalı avtomobilin hadisə zamanı başqası tərəfindən idarə edildiyi və piyada qadına xəsarət yetirdiyi qeyd edilib.
Pərviz Mirzəyev yuxarıda deyilənləri təkzib etmək üçün ANS PRESS-lə əlaqə saxlayıb: "Dünən telekanallarda "Xəbərlər" proqramlarını izlədikdə çaşıb qaldım. Eşitdiklərimə inana bilmədim. Mənim keçirdiyim qəzada sükan arxasında özüm olmuşam və piyada vurmamışam. Dünən verdiyim açıqlamanı yenə təkrar edirəm. Baş verənlərdə mənim heç bir günahım olmayıb. İçkili də olmamışam. Hadisə şəhərin mərkəzində baş verib və anındaca yol polisləri tərəfindən qeydə alınıb, protokol tərtib olunub. Tanınmış stilist olduğumdan ciddi telekanallar keçirdiyim qəzadan şou yaratmaq niyyəti ilə məsələni beləcə şişirdiblər. O sujetləri hazırlayan jurnalistlərə məsləhətim budur ki, ən azından hadisənin baş verdiyi Səbayel rayon Polis İdarəsi ilə və ya Bakı şəhər Yol Polisi İdarəsindən hadisə ilə bağlı məlumat alsınlar".
Stilist baş verənlərdə bədxahlarını da günahlandırıb: "Bilmirəm bu xəbərlər haradan çıxıb? Sözsüz ki, məni gözü götürməyənlərin işidir. Paxıllığımı çəkən bədxahlar bilmirlər necə öislik etsinlər. İndi də keçirdiyim qəzadan istifadə edib məni "vurmaq" istəyirlər",- deyə əlavə etdi.
Mövzu ilə əlaqəli limk: http://anspress.com/index.php?a=2&lng=az&nid=176038
DOSTLARINLA PAYLAŞ: