Təbii fəlakət Aygün Bəylərin konsert həvəsini öldürdü
14 May 2010 Cümə 18:25
Aygün Bəylər Beynəlxalq Muğam Mərkəzində verəcəyi iki konsertdən birini ləğv edib.
Azərbaycanın əməkdar artisti Aygün Bəylər 21-22 may tarixlərində Beynəlxalq Muğam Mərkəzində verəcəyi iki konsertdən birini ləğv edib. Əməkdar artist ANS PRESS-ə bildirib ki, buna səbəb regionlarda yaşanan təbii fəlakətdir:

“Uzun fasilədən sonra bu konserti səbirsizliklə gözləyirdim. Lakin son günlər ölkə ərazisində baş verən daşqınlar, təbii fəlakət məni həvəsdən saldı. Əslində konserti başqa tarixə keçirmək fikirində idim, lakin böyüklərimlə, nüfuzlu şəxslərlə məsləhətləşdim. Onlar mənə bir gün də olsa konsert verməyi məsləhət gordülər”.

Müğənni konsertinə əvvəlki qədər həvəslə yanaşmadığını xüsusi vurğulayıb: “Onu deyə bilərəm ki, konsertim sənətçi kimi tamaşaçıya borcum olacaq. İnsan və vətəndaş olaraq heç nəyin həvəsində deyiləm”.

Qeyd edək ki, A. Bəylər yalnız bir gün 21 mayda konsert verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar