“Tatlısəsin səhnə həyatı bitdi”
14 Mart 2011 Bazar Ertəsi 18:36
Müğənninin qardaşı açıqlama verib
"Bundan sonra sağalsa da artıq İbrahim Tatlısəsin səhnə həyatı bitdi". Bunu jurnalistlərə açıqlamasında naməlum şəxslər tərəfindən baş nahiyəsindən güllə yarası alan məşhur türk müğənnisi İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı bildirib. Onun sözlərinə görə, hər iki əməliyyatda qardaşının yanında olub.

“Mən onun üzünü yaxından gördüm. Mələklər kimi yatırdı. Üzü ağ idi. Bundan sonra sağalsa da artıq Tatlısəsin səhnə həyatı bitdi. Artıq pərəstişkarları onu disklərdən dinləyərlər”, deyə Hüseyn Tatlı qeyd edib.

O buna səbəb kimi qardaşının iflic olma ehtimalının yüksək olduğunu bildirib. Bununla belə o, əlavə edib ki, hər şeyi zaman göstərəcək.

Xatırladaq ki, silahlı hücum müğənni və köməkçisi gecə saatlarında Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İdo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından uzun məsafəli silahla atəşə tutulub. Araşdırma aparan polis İbrahimin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 güllə gilizi tapılaraq aktlaşdırılıb.

Jurnalist İlhamə Qasımlının sözlərinə görə, müğənniyə qarşı sui-qəsdin baş verməsi ilə bağlı 3 versiya səsləndirilir.

I- siyasətə qoşulan İbrahim Tatlısəsin nüfuzu böyük olduğundan siyasi rəqibləri onu aralarında görmək istəmir,

II- PKK izidir, çünki hadisə yerindən tapılan giliz və güllələrin aid olduğu “Kalaşnikov” silahından daha çox PKK-çılar istifadə edir,

III İbonun Şimali İraqda tikinti sektoruna girməsidir. Belə ki, müğənninin ilyarım əvvəl bu ölkədə tikinti sahəsinə böyük məbləğdə vəsait qoyması bəzi tikinti sahibkarlarını narahat edir.

Hazırda polis araşdırmaları davam etdirir. Son məlumatlara görə, hadisəni törədənlər ən azı 2 nəfər olub.

Ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğan xəstəxana rəhbərliyi ilə biibaşa əlaqə saxlayaraq, "İmperator"un səhhəti ilə yaxından maraqlanıb. Xəstəxana rəhbərliyinə 4 dəfə zəng edən baş nazir xəstənin yaxşılaşması üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb.

Hadisə şahidləri isə sənətkarın yaralandıqdan sonra dediyi son sözləri açıqlayınlar. Onların sözlərinə görə, qan içində yerdə yatan İbrahim Yatslısəs qırıq-qırıq, amma düzgün tələffüzləbelə deyib: “Olurmu yaaa? Olurmu hiç?”.

Hələlik "İmperator"un bu sözləri nə mənada dediyi bilinmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar