Tatlısəsin həkimi:Hazırda durum sevindiricidir
15 Mart 2011 Çərşənbə Axşamı 16:18
İki gün əvvəl İstanbulda sui-qəsd nəticəsində ağır yaralanan məşhur sənətçi İbrahim Tatlısəsi müalicə edən həkim Çağlal Çuhadaroğlu və onun oğlu Ahmet Tatlı “Acıbadem” xəstəxanasının qarşında mətbuata açıqlama veriblər.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, İbrahim Tatlısəsin həkimi “Acıbadem” Universitetinin rektoru Nəcməddin Pamirin də bu gün səhər onu müayinə etdiyini deyib. Həkim İbrahim Tatlısəsin beyninin tomoqrafiyasının nəticələri və rektorun açıqlamalarına əsasən, müsbət proseslərin müşahidə edildiyini deyib: “Bu, ağır və uzun müalicə prosesidir. Amma rektorumuzun rəyinə və bizim müşahidələrə əsasən, deyə bilərik ki, hazırkı durum sevindiricidir”.

Ahmet Tatlı isə atasının vurulması barədə xəbəri eşidən kimi onun olduğu yerə getdiyini və İbrahim Tatlısəsin onun iştirakı ilə xəstəxanaya gətirildiyini açıqlayıb: “Burada bütün həkimlər əllərindən gələni ediblər”.

Sənətçinin vurulandan sonra oğluna nəsə deyib-deməməsi barədə verilən suallara isə A. Tatlı belə cavab verib: “Mənə heç nə deməyib. Özü sağalacaq və danışacaq. İndi isə həkimlərdən başqa heç kimə inanmayın”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar