Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanaraq İstanbul “Maslak Acıbadem” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İbrahim Tatlısəsin məsrəfləri adi bir insanın əldə edə bilməyəcəyi sərvət məbləğinə çatıb. ANS PRESS “Bugün” qəzetinə istinadən xəbər verir ki, yaralanmasının 5-ci günündə Tatlısəsin borcu artıq 150 000 lirə (təxminən 95 000 dollar) olub.
Qeyd edək ki, müğənninin həyat sığortası olsa da müqavilədə sui-qəsd nəzərdə tutulmadığı üçün sığorta şirkətinin pul ödəməsi mümkün deyil. Buna baxmayaraq şirkət VIP müştərisi olan İ. Tatlısəsə pul ödəmək üçün formul axtarır.
Hadisənin baş verdiyi gündən bəri Tatlısəsin qadınları Ədalət Tatlı, Dərya Tuna və Ayşəgül Yıldız xəstəxanada ayrı-ayrı lyuks otaqlarda müşayiətçi kimi qalırlar. Xəstəxananın 4010, 4013, 4019, 4021, 4022, 4023 saylı otaqları da müğənninin Urfadan gələn qohumlarına ayrılıb. Bütün xərclər isə İbrahim Tatlısəsə yazılır.
İbrahim Tatlıses başından güllələndi