Tatlıses palatada mahnı bəstələyir
03 May 2011 Çərşənbə Axşamı 02:33
Müğənni məruz qaldığı sui-qəsddən sonra “Anlatamadım” adlı əsərin üzərində işləyir
Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və hal-hazırda müalicəsi Almaniyada davam edən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin vəziyyəti yaxşıdır. Müğənninin oğlu Əhməd Tatlı atasının həkimlərin müşayiəti ilə və fizioterapevtlərin nəzarətində xüsusi üsullarla müalicə olunduğunu deyib: “Müalicə nəticəsində atam artıq barmaqlarını tərpədir və ağrı hiss edir. Bütün ehtiyaclarını özü qarşılayır, ayaqyoluna da özü gedir. Bu müsbət inkişaf bizi çox sevindirir və kefimiz kökdür”.
Qeyd edək ki, İbrahim Tatlıses xəstəxana palatasında mahnı da bəstələyir. Məlumata görə, müğənni məruz qaldığı sui-qəsddən sonra “Anlatamadım” adlı əsərin üzərində işləyir. Müğənninin vaxtaşırı otaqda mahnı oxuduğu da bildirilir.
DOSTLARINLA PAYLAŞ: