Tatlıses niyə məhkəməlik oldu?
15 Fevral 2011 Çərşənbə Axşamı 05:57
Tatlıses təyyarəni alarkən istifadə etmədiyi günlər jetdən hava taksisi kimi istifadə olunacağını və çox pul qazanacağını demişdi
Türkiyənin məhşur müğənnisi İbrahim Tatlıses aldığı jet tipli təyyarənin pulunu ödəmədiyi üçün məhkəməyə verildi. ANS PRESS “Bugün” qəzetinə istinadən xəbər verir ki, 1991-ci il buraxılışlı 9 nəfərlik “Beecjet 400 A” təyyarəsinə görə müğənninin 1 milyon 860 min lirə borcu varmış. Tatlıses təyyarəni alarkən istifadə etmədiyi günlər jetdən hava taksisi kimi istifadə olunacağını və çox pul qazanacağını demişdi. Qeyd edək ki, bu, İbrahim Tatlısese aid 3-cü təyyarədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar