Tarkanın vəkili xəbərləri təkzib edib
02 Mart 2010 Çərşənbə Axşamı 17:10
Fevralın 25-də narkotik maddədən istifadə etməkdə günahlandırılaraq saxlanılan və martın 1-də sərbəst buraxılan məşhur müğənni Tarkan Tevetoğlunun vəkili açıqlama yayıb.
Sənətçinin meneceri və prodüseri tərəfindən APA-ya göndərilən açıqlamada vəkil Yunus Egemenoğlu Tarkanın natkotikdən istifadə etdiyinə dair iddiaları təkzib edib. Y. Egemenoğlunun açıqlamasında bildirilir: “Təkrarən bəyan edirik ki, Tarkanın evində və üzərində kokain tapılmayıb. Onun kokaindən istifadə etməsi ilə bağlı hər hansı etirafı olmayıb. Tarkan narkotik asılılığı olan bir insan da deyil. İstintaq gizli aparıldığı üçün istintaq sirrini yaymaq qanunla cinayətdir. Bu səbəblə başqa açıqlama və şərh verə bilmərik. Tarkanın evində kokain tapıldığı, onun koakin istifadəçisi olduğu ilə bağlı xəbərlər haqsızdır və cinayət tərkibli iddialardır. Bununla bağlı məhkəməyə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar