Tarkanın 2 il həbsi tələb olunur
23 Aprel 2010 Cümə 06:35
Prokuror Tarkanın sürücülük vəsiqəsinin müsadirə olunmasını da tələb edib.
Türkiyənin məhşur müğənnisi Tarkan Tevetoğlu barəsində 2 il həbs tələbi ilə yenidən məhkəmə iddiası qaldırılacaq. Türkiyə cinayət məcəlləsinin 191/1-2 maddələrinə görə hazırlanan iddianamə İstanbul Ağır cinayətlərlə iş üzrə 3 saylı məhkəməyə göndərilib. İddianamədə Tarkan Tevetoğlunun “narkotik maddə almaq, saxlamaq və istifadə etmək” cinayətlərinə görə cəzalandırılması tələb olunub. Bundan başqa prokuror Tarkanın sürücülük vəsiqəsinin müsadirə olunmasını da tələb edib.

Qeyd edək ki, iddianamədə Tarkanla birlikdə daha əvvəl saxlanılan 17 nəfərin də mühakimə olunması tələb olunub.

İddianamə qəbul edilərsə şübhəlilər barəsində məhkəmə prosesi başladılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar