Tarkanı 14 mühafizeçi ehate etdi
26 Sentyabr 2013 Cümə Axşamı 18:26
Bu zaman mühafizeçiler maşının etrafını dövreye alıb.
Meqastar Tarkan ötən həftə Türkiyənin İzmir şəhərində konsert verib.
ANS PRESS-in məlumatına görə, müğənni konsertdən öncə qaldığı oteli tərk edərkən maraqlı görüntülər ortaya çıxıb. Bu zaman otelin foyesi tamamilə boşaldılıb və müğənnini həm otelin təhlükəsizlik işçiləri, həm də xüsusi cangüdənlər müşayiət edib.
14 mühafizəçinin köməyi ilə qorunan Tarkan oteldən çıxarkən 5 nəfər öndən, 5 nəfər arxadan gəlib. Müğənni maşına əyləşərkən isə 4 nəfərlik təhlükəsizlik xidməti onu müdafiə edib. Bu zaman mühafizəçilər maşının ətrafını dövrəyə alıb və müğənni uzaqlaşanadək orada gözləyib.
DOSTLARINLA PAYLAŞ: