Tarkandan Bakıdakı konserti üçün daha bir şərt
24 Dekabr 2011 Şənbə 17:04
Pop-ulduz çıxışının mediada işıqlandırılmasını istəmir.
2012-ci ili Azərbaycandakı pərəstişkarları ilə qarşılayacaq tanınmış türk müğənnisi Tarkan Tevetoğlu təşkilatçılar qarşısında daha bir şərt qoyub. Söhbət, möhtəşəmliyi ilə yaddaşlara həkk olunacaq həmin tədbirin yerli mediada işıqlandırılmamasından gedir.

Milli.az-a məlumatı təsdiqləyən təşkilatçı şirkətin nümayəndəsi Aydan Axundovanın məsələyə münasibəti belə olub: “Açığı istərdik ki, media mənsubları da dəvət edəcəyimiz qonaqlar sırasında olsun. Lakin jurnalistlərin məkana buraxılması qadağasını Tarkan şəxsən özü irəli sürüb. Qəbul etməmək kimi imkanımız olmadığı üçün razılaşdıq. Ümidvarıq ki, media mənsubları bizdən inciməyəcəklər”.

Aydan xanım pop-ulduzun nə qədər qonorar müqabilində Bakıya gələcəyi barəsində sualları da cavablandırmadı. Təsdiqlənməmiş məlumata görə, iki saata yaxın proqram üçün Tevetoğlu 400 min dollar pul alacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar