Türkiyənin tanınmış mügənnisi, meqastar Tarkan Elazığ şəhərində Hazar gölünün ətrafında zibil toplayıb. Meqastara məktəb şagirdləri də kömək edib. Tarkan ona kömək edənlərə birlikdə şəkil çəkdirmək sözü verib. Bu barədə Türkiyənin «İhlas» xəbər agentliyi məlumat verib.
Meqastar əlində torba ilə zibil topladıqdan sonra müğənni həmkarı Yıldız Tilbə ilə konsert verib. Yağan güclü yağışa baxmayaraq, konsert baş tutub. /ANS PRESS/