Tarkan narkotik qəbul etdiyini etiraf etdi
27 Fevral 2010 Şənbə 11:30
Meqastar Tarkan heç kimi narkotiklə təmin etmədiyini deyib
Türkiyədə narkotiklərlə mübarizə polisinin keçirdiyi əməliyyat çərçivəsində saxlanılan meqastar Tarkan polisə ifadəsində narkotik qəbul etdiyini etiraf edib. Ancaq ifaçı, başqa dostlarını narkotiklə təmin etmədiyini bildirib.
"Narkotik istifadə edirəm, lakin heç kimə narkotik verməmişəm, heç kimi də narkotiklə təmin etmədim", deyə meqastar bildirib.
Qeyd edək ki, fevralın 24-də polis tərəfindən saxlanılan və barəsində həbs-qətimkan tədbiri seçilən Tarkan narkotik maddə təmin və istifadə etmək maddəsi ilə ittiham olunur. Müğənni Tarkan və daha 10 nəfər martın 1-də məhkəməyə qarşısına çıxarılacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: