Tarkan azadlığa buraxıldı
01 Mart 2010 Bazar Ertəsi 20:00
Bu gün ifadə verən müğənni Tarkan sərbəst buraxılıb
İstanbulda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunan Tarkan bu gün sərbəst buraxılıb. Beşiktaş Ədliyyə binasına gətirilən ulduz müğənninin hakim və prokurorların istifadə etdiyi qapıdan gətirilməsi, əllərinin qandallanmaması yenə mətbuat nümayəndələrinin gözündən yayınmayıb. Üzünü mətbuatdan gizlədərək heç bir sualı cavblandırmayan Tarkan tibbi müayinədən sonra 45 dəqiqə prokurorun suallarını cavablandırıb. Narkotik istifadə etdiyini etiraf edən müğənni dostları üçün heç bir narkoutik vasitə tədarük etmədiyini və almadığını bildirib.
İfadə verdikdən sonra isə müğənninin barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.
Xatırladaq ki, Tarkan və daha 10 nəfər ötən həftə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb. Müğənni barəsində isə həbs-qətimkan tədbiri seçilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: