Tarkan 13 hərbçinin ölümü səbəbilə konsertini yarımçıq kəsib
16 İyul 2011 Şənbə 01:15
Tarkan və bir çox müğənni isə verəcəkləri konsertin tarixini dəyişdirib.
Türkiyədə 13 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsindən sonra Mega-Star Tarkan Trabzon şəhərində verdiyi konserti yarımçıq saxlayıb. Bundan başqa məşhur müğənni bu gün Samsun şəhərində verəcəyi konserti də təxirə saldığını elan edib.

Qeyd edək ki, “Manqa” qrupu, “MFÖ” (Mazhar, Fuad, Özkan) üçlüyü, Kənan Doğulu və Dəniz Seki də verəcəkləri konsertləri təxirə salıblar.

Xatırladaq ki, iyulun 14-də Türkiyənin Diyarbəkir vilayətində bir qrup hərbçi terrorçular tərəfindən pusquya düşürülmüş, əl qumbaraları ilə həyata keçirilən hücum nəticəsində 13 hərbçi yanaraq şəhid olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar