Tanınmış xəbər aparcısı efirdə violonçel çaldı
12 Mart 2013 Çərşənbə Axşamı 04:46
Türkiyənin tanınmış jurnalist və aparıcısı Korcan Karar Roma Musiqi akademiyasının məzunuymuş.
Türkiyənin tanınmış xəbər aparıcısı Korcan Karar qonaq olduğu TV proqramında violonçeldə ifa edərək tamaşaçıları təəccübləndirib. Məlum olub ki, Türkiyənin müxtəlif qəzetlərində və telekanallarında jurnalist və aparıcı kimi fəaliyyət göstərmiş, hazırda “Skytürk360” kanalında əsas xəbər buraxılışını təqdim edən 51 yaşlı Karar Roma Musiqi akademiyasının məzunudur.

Qeyd edək ki, sıxılanda, kədərlənəndə, dərdlənəndə, sevinəndə uzun-uzadı ifa etdiyini bildirən Korcan Karar qonaq olduğu “Habertük” kanalında aparıcı Simge Fıstıkoğlunun xahişini yerə salmayaraq studiyada da bir müddət violonçeldə ifa edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar