Tanınmış türkiyəli aktyoru polis saxlayıb
04 Mart 2012 Bazar 14:02
“Arka sokaklar” serialının qəhrəmanını 3 ildən 5 ilə qədər həbs gözləyir.
Tanınmış türkiyəli aktyoru, “Arka sokaklar” serialında polis rəisi Rza – “Rza baba” rolunu canlandıran Zəfər Ergin vergidən yayınmağa görə günahlandırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, polisdə ifadə verib.
“Bu gəlir bəyannamələri düzgün göstərilib. Həm də, saxtalığını bilərək yalan bəyannamələrdən istifadə etməmişəm”, - deyə Zəfər Ergin bütün ittihamları tədd edib.
İstanbulda məhkəməyə cavabdeh Zəfər Ergin və onun vəkilləri qatılıb. Məhkəmədə ifadə verən Ergin təqaüdə çıxmış teatr aktyoru və yaşlı vaxtında da aktyorluq sənətində qalan bir adam olduğunu bildirib. Əvvəllər bəzi kanallarda sənədli filmlər hazırladığını və bəzi verilişlərə quruluş verdiyini deyən aktyor göstərdiyi gəlir bəyannamələrini də burdan qazandığını deyib:
“Bu gəlirlər gerçəkdir, saxta deyil. Biz daha sonrakı müddətdə bu bəyannamələri təşkil edən firmaların düzgün işləmədiklərini eşidən kimi onlarla əməkdaşlığımızı dayandırdıq. Bununla əlaqədar olaraq vergi hesabatından xəbərdar olunca, vergi məhkəməsinə iddia açdıq. Mühasibimiz qanunun müəyyən müddasından istifadə etmədiyimizi bildirdikdən sonra, biz məcbur olub iddianı geri götürdük”.
Məhkəmə Zəfər Ergin haqqında işi araşdırmaq üçün eskperetlərə göndərib və məhkəmə ekspertizanın rəyi alınana qədər təxirə salınıb.
Qeyd edək ki, Zəfər Ergin vergidən yayınmağa görə təqsirləndirilir və əgər onun günahı sübuta yetirilərsə, Zəfər Ergini 3 ildən 5 ilə qədər həbs gözləyir.
DOSTLARINLA PAYLAŞ: