Tanınmış türk müğənnisi Bakıdadır
17 Noyabr 2012 Şənbə 14:52
Emre Aydın mediadan uzaq gəzməyə çalışır
Tanınmış türk müğənnisi Emre Aydın Bakıdadır. Milli.az-ın məlumatına görə, tanınmış türk müğənnisi Emre Aydın bir saat bundan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında görünüb.
Bu axşam "Buta Palace"da səhnəyə çıxacaq müğənni mediaya geniş müsahibə vermədən birbaşa qaldığı otelə yollanıb.
Qeyd edək ki, Emredən öncə səhnəyə azərbaycanlı müğənni Leyla Ramazanlı çıxacaq. Konsertdə aparıcılıq missiyasını Lider TV-nin tanınmış simalarından biri Murad Əzimzadə öz üzərinə götürüb.
Qeyd edək ki, Emre konsertdən sonra gecə ilə İstanbula qayıdacaq.
DOSTLARINLA PAYLAŞ: