Tanınmış stilist saç əkdirdi
09 Sentyabr 2011 Cümə 17:25
Samir Əliyev yeni imicinin Çarli Çaplin stili olduğunu söyləyir
Yerli şou-biznes aləmində sanki saç əkdirmə kampaniyasına start verilib. Müğənnilər Elariz Məmmədoğlu, Vasif Məhərrəmli və Cavanşir Məmmədovdan sonra stilist Samir Əliyev də başına saç əkdirib. İmicində əsaslı dəyişiklik edən tanınmış stilist özü bu barədə ANS PRESS-ə açıqlama verib.
"5-6 il bundan qabaq keçirdiyim cərrahiyyə əməliyyatından sonra saçım tökülmüşdü. Həkimlər dedilər ki, narkozun təsirindəndir. Böyük əziyyətdən sonra bir balaca başıma saç çıxdı. Amma yenə də bu məni qane etmədi. Seyrəkliyi ört-basdır etmək üçün saçımı ağımtıl sarı rəngləyirdim. Və nəhayət saç əkdirməyə qərar verdim. Bütün başıma saç əkdirməmişəm, boş yerləri doldurtmuşam", - deyə o bildirib.
Sarışın Samir Əliyev artıq qarasaçlı qarabuğdayı bir oğlan olub. Özünə qara saç əkdirdiyini deyən stilist yeni imicinin Çarli Çaplin stili olduğunu söyləyir.
DOSTLARINLA PAYLAŞ: