Tanınmış sənətçi reanimasiyada
19 Noyabr 2012 Bazar Ertəsi 12:20
Türk müğənni Müslüm Gursəsə böyrək və qara ciyər çatışmazlığı diaqnozu qoyulub
Tanınmış türk sənətçisi Müslüm Gursəsin səhhəti pisləşib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən həftə ürəyindən əməliyyat edilən müğənni heyranlarını qorxudub.
Professor Bingür Sönməz sənətçinin əməliyyatdan sonra şənbə günü böyrək və qara ciyər çatışmazlığı təhlükəsilə xəstəxanaya yerləşdirildiyini və müşahidə altında olduğnu bilidirib.
Qeyd edək ki, sənətçi Müslüm Gursəs 2002-ci ildə infarkt keçirmişdi.
DOSTLARINLA PAYLAŞ: