Tanınmış musiqiçi Yuri Şevçuk Voronec: “Ermənistanda konsert vermək tumansız qalmaq deməkdir”
06 Noyabr 2011 Bazar 01:03
Yuri Şevçuk Voronec: “Məncə, Ermənistanda bir, Gürcüstanda isə iki milyon əhali qalıb”.
Tanınmış rusiyalı musiqiçi Yuri Şevçuk Voronecin VestiPK satyna müsahibəsində özünün yeni konsert proqramı barədə danışıb. ANS PRESS-in məlumatına görə, o, deyib ki, DDT qrupu ilə birlikdə MDB ölkələri və keçmiş SSRİ respublikalarına qastrola hazırlaşır. Lakin musiqiçi bildirib ki, Ermənistan və Gürcüstanda konsert verməyəcək.
“Biz qrupla bütün MDB ölkələri və keçmiş ittifaq respublikalarını gəzmək istəyirik. Amma aparatlar olmayan Gürcüstan və Ermənistana onları Piterdən (Sankt-Peterburq) aparmaq çox bahadır. Əks təqdirdə, orada tumansız qayıdaram. Məncə, Ermənistanda bir, Gürcüstanda isə iki milyon əhali qalıb. Hərə bir tərəfə gedib. Qarşısında çıxış edəcək kimsə yoxdur, gənclər çox az qalıb. Axı, biz proqramı Pierdən aparırıq. Bu proqrama həm mənən və ruhən, həm də maddi baxımdan daxil olmuşuq”.
Yuri Şevçuk deyib ki, onlar xərclərini çıxarmaq istəyirlər və bu səbəbdən Ermənistanla Gürcüstana qastrola getmək sərfəli deyil.
DOSTLARINLA PAYLAŞ: