Tanınmış müğənni üçüncü dəfə ailə qurdu
24 Aprel 2012 Çərşənbə Axşamı 01:18
Demet Akalın 10 yaş kiçik Okan Kurtla nikah masasına əyləşib.
Türkiyə şou-biznesində daha bir sevgi hekayəsi nikah masasında davam edib. Tanınmış müğənni, 40 yaşlı Demet Akalın Çırağan sarayında özündən 10 yaş kiçik Okan Kurtla ailə qurub.
ANS PRESS-in məlumatına görə, yalnız xüsusi dəvətlilərin iştirak etdiyi sadə nikah mərasimindən ilk fotoları Demet Akalının yaxınları “Twitter” də paylaşıblar.
Demet Akalının nikah şahidliyini məşhur müğənni Seda Sayan edib. Nikah mərasiminə qatılanlar arasında Demet Akalının yaxın dostları Seren Serengil, Hande Yener, Tuğba Özerk, Ece Erken və Alişan da olub. Mərasimdə Hande Yener oxuyub.
Cütlük işlərin çox olması səbəbindən bal ayını təxirə salıb.
DOSTLARINLA PAYLAŞ: