Tanınmış klipmeyker ata oldu
25 Noyabr 2010 Cümə Axşamı 15:40
Fuad Əlişovun həyat yoldaşı əkiz uşaqlar dünyaya gətirib
Tanınmış aktrisa Sevinc Əlişova və klipmeyker Fuad Əlişovun əkiz uşaqları dünyaya gəlib. ANS PRESS-in məlumatına görə, 5 ildir evli olan cütlüyün ilk uşaqlarıdır. Gənc valideynlər eyni anda həm qız, həm də oğul övladına sahib olub. Sevinc Əlişova noyabrın 24-də özəl klinikaların birində ana olub.

Hazırda özlərini yaxşı hiss edən ana və körpələr gələn həftə evə buraxılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar