Tanınmış bəstəkar Elza İbrahimova insult keçirib
13 Yanvar 2012 Cümə 12:58
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Elza İbrahimova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
APA-nın “Vesti.az”a istinadən yaydığı məlumata görə, mərkəzin intensiv terapiya şöbəsinin həkimi Zemfira Vahidova bəstəkarın insult keçirdiyini və vəziyyətinin ağır olduğunu bildirib.
Həkimlər Elza İbrahimovaya beynin qan dövranını pozulması diaqnozunu qoyublar. Hazırda bəstəkar həkim nəzarəti altındadır.
DOSTLARINLA PAYLAŞ: