Tacir danışdı: O, erməni yox, kürddür
05 Aprel 2011 Çərşənbə Axşamı 00:45
“Mən ermənilərin 50 min dollarlıq toy təklifindən imtina etmişəm”
Müğənni Tacir Şahmalıoğlu Moskvadakı restoranlardan birində erməni müğənni ilə mahnı oxuması ilə bağlı internetdə yayılan videogörüntülərə ANS-in efirində cavab verib. ANS telekanalında qonaq olan müğənni bildirib ki, sözügedən videoçarx ötən ilin sonunda çəkilib. Tacirin sözlərinə görə, o, Moskvadakı “Ocaq” restoranında Yeni il münasibətilə keçirilən tədbirə dəvət olunub və orada iştirak edib. Ziyafətdə bir erməni müğənni Azərbaycan mahnısını ifadə edib və müəllifinin Sayat Nova olduğunu bildirib: “Mən bunu cavabsız qoya bilməzdim. Durdum və onun Azərbaycan mahnısını olduğunu bəyan etdim və onu öz dilimizdə oxudum”.

Tacir Şahmalıoğlu iddia edir ki, bu hadisənin onun duet oxuduğu şəxsə heç bir aidiyyatı yoxdur: “Mənim mahnı oxuduğum adam erməni yox, kürddür. Adı Vledir. Əgər kiminsə şübhəsi varsa, mən onu Azərbaycana, ANS-ə dəvət edə bilərəm. Onda sübut edərəm ki, o, erməni deyil”. Tacir üstündən üç ay keçdikdən sonra Moçskvada çəkilmiş videogörüntülərin yayılmasının səbəbləri ilə bağlı ehtimallarını da dilər gətirib: “Mən 1988-ci ildən Ağdam işğal olunanadək hər gün təmas xəttindəki mövqelərdə olmuşam. Mən sinəmi gülləyə verən oğlanam. Həm ön cəbhədəki əsgərlərimizə mənəvi dayaq olmuşam, həm də özüm vuruşmuşam. Amma bu günə qədər yaxşımı deyən olmadı. Ömrümün 35 ilini musiiqyə vermişəm. Bu vaxtı qədər ad almamışam. İndi mənim adımı belə verirlər, mən görürəm”.

Tacir Şahmalıoğlu hesab edir ki, yayılan videogörüntülər mülahizə irəli sürmək üçün səbəb deyil: “Mənə zəng vururlar və deyirlər ki, zəngimizin səbəbi var. Bu, səbəb deyil axı. Yayılan videogörüntü mənim üçün ləkədir. Mənə qara yaxırlar. Amma quru palçıq divara yapışmaz. Bir daha deyirəm, lazımdırsa, mən o oğlanı dəvət edərəm Azərbaycana. Adı Vledir, mənim dostumdur. O, kürd olsa da, hər dildə oxuyur. Həmin məclisdə ermənicə də oxuya bilər. Amma qonaqlar üçün oxuyur, mənim üçün yox. Mənim nəyimə lazımdır onun hansı dildə oxuması? Selami Şahinin mahnısını oxuyduq birlikdə. Bir kuplet o oxudu, birini də mən. Ortasında da müğam elədim”.

Tacir azərbaycanlı müğənnilərin ermənilərin birlikdə çıxış etməsini qəbul etmədiyini də bildirib: “Bu, düzgün deyil. Təxminən bir il əvvəl mənə Moskvadan bir zəng gəldi. Gördüm ki, danışan ermənidir. And içmək düzgün deyil. Haqq-salama and olsun, mənə dedi ki, sizin pərəstişkarınızıq və toyda oxumaq üçün 50 min dollar təklif elədi. Amma mən imtina etdim ki, erməni toyunda oxumaq üçün verilən 50 min mənə lazım deyil. Lap 100 min də olsa, 1 milyon da olsa, o, mənim üçün bir qəpik yerindədir. Bu gün də efirdə şəhidləri göstərəndə, mən onu göz yaşları ilə qarşılayıram. Sabah böyüklərimiz məsləhət bilsə, mən də çiynimdə avtomat döyüşə getməyə hazıram. Azərbaycan üçün canımı qurban verərəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar