Svetlana Avroviziyada iştirak edəcek
09 Mart 2009 Bazar Ertəsi 12:00
Svetlana Loboda müsabiqədə iştirak etmək üçün 30 mümkün baldan 28-ni toplayıb. O müsabiqədə Ukraynanı təmsil edəcək.

Ukraynanı may ayında Moskvada keçiriləcək «Avroviziya-2009» mahnı müsabiqəsində «VİA Qra» qrupunun keçmiş üzvü Svetlana Loboda təmsil edəcək. Bu barədə məlumatı «Exo Moskvı» radiostansiyası yayıb. O, müsabiqədə iştirak etmək üçün 30 mümkün baldan 28-ni toplayıb. Müğənni müsabiqədə «Be Mu Valentine» mahnısını ifa edəcək. Ukraynanı müsabiqədə təmsil etmək üçün 15 nəfər mübarizə aparıb.
Qeyd edək ki, Rusiyanın ev sahibliyi edəcəyi müsabiqədə bu ölkəni ukraynalı müğənni Anastasiya Prixodko təmsil edəcək. Bundan əvvəl o, Ukraynanı yarışda təmsil etmək üçün mübarizə aparsa da, seçim yarımfinalına keçə bilməmişdi. Azərbaycanı isə müsabiqədə Aysel Teymurzadə və Araş təmsil edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar