Supermodel Naomi, birinci xanımın obrazına girdi
30 Oktyabr 2013 Çərşənbə 10:07
Bu müasir birinci xanımın obrazıdır,hansı ki,vacib görüşə yollanır.
Məşhur qaradərili supermodel Naomi Kempbell fotosessiya üçün Amerikanın birinci xanımı Mişel Obamanın obrazına girib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin fotolar "W" dərgisinin axırıncı sayında dərc olunacaq.Vladislav Doroninin keçmiş sevgilisi kamera önündə Nina Ricci,Giorgio Armani,Michel Kors və Pradonun son kolleksiyasından olan geyimləri ilə poz verib.

Qəbul etmək lazımdır ki,Naomi işinin öhdəsindən bacarıqla gəlib,zərif qadın rolunu gözəl canlandırıb.
Proektin stilist Edvard Enninfulun sözlərinə görə: "Bu müasir birinci xanımın obrazıdır,hansı ki,vacib görüşə yollanır" deyə,fikirlərini bölüşüb.

Qeyd etmək olar ki,Mişel hər zaman göz qamaşdıran geyimlərlə cəmiyyət içinə çıxır,görkəmini də qoruyub saxlamağı bacarır.Gözəl bir haldır ki,Jaklin Kennedidən sonra dizaynerləri yeni kolleksiyalar yaratmaq üçün həvəsləndirən daha bir xanım var.



DOSTLARINLA PAYLAŞ:

oyunlar