Suli Viktoriya Xaçilova uşaq istəyir
07 May 2013 Çərşənbə Axşamı 08:28
Suli Viktoriya Xaçilova: Hətta istəyirik ki, uşağımız olsun.
Azərbaycanın osetin əsilli müğənnisi Suli (Viktoriya Xaçilova) sevgilisindən uşaq dünyaya gətirmək istəyir. ANS PRESS-in məlumatına görə, model-müğənni axşam.az-a müsahibəsində belə deyib. Suli həyatında birinin olduğunu və uşaqlarının olmasını istədiklərini söyləyib:

"Sizə bir etiraf edim: bir ara çox əziyyət çəkdim. Sevdiyim insan mənə zərbə vurdu. Onunla evlənəcəyimi düşündüyüm halda məni aldatdı... O hadisədən sonra dedim ki, bir də sevməyəcəm. Hətta bir ara psixoloqa da müraciət etdim. Amma indi həyatımda biri var. O, yaşca məndən böyükdür. Məni çox sevir. Mən də onu sevirəm. Hətta istəyirik ki, uşağımız olsun. Bu barədə çox danışmaqdan çəkinirəm, çünki qorxuram ki, gözə gələm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar