Suli - Çox gözlədim
21 Fevral 2013 Cümə Axşamı 10:23
Gürcüstanlı müğənni Suli nin Azərbaycan dilində oxuduğu Çox gözlədim mahnısına klip çəkdirdi.
Gürcüstanlı müğənni Suli Azərbaycan dilində oxuduğu mahnıya klip çəkdirib. ANS PRESS-in məlumatına görə, sözləri Azər Şirinə, musiqisi Givi Usenaşviliyə aid olan “Çox gözlədim” adlı mahnıya çəkilən klipin rejissoru müğənni özüdür. Layihənin rəhbəri prodüser və bəstəkar Asif Kərimov, operatoru Tanrıverdi Tanrıverdiyevdir.

Qeyd edək ki, Suli klipdə üç obrazdadır: aqressiv qız, xanım, qeyri-adi görünüşdə. Onun bir-birindən fərqli obrazları üzərində isə stilist-vizajist Səbinə İmanova işləyib.

Klipdə həmçinin model Fərid Əskərov və “Jam SS” rəqs qrupu da çəkilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar