Süleyman Çakır “mavi” rolunda
09 Sentyabr 2011 Cümə 04:16
Seriallarda sərt obrazlar canlandıran Oqtay Kaynarca yeni rolu ilə pərəstişkarlarını təəccübləndirəcək
Seriallarda sərt obrazlar canlandıran türkiyəli aktyor Oqtay Kaynarca tanınmış rejissor Sinan Çətinin yeni layihəsindəki rolu ilə pərəstişkarlarını təəccübləndirəcək. Daha əvvəl “Kurtlar Vadisi” serialında mafia lideri Süleyman Çakır və “Adanalı” serialında baş komisar Yavuz Adanalı obrazları ilə tamaşaçıların rəğbətini qazanan Kaynarca yeni filmdə “mavi” rolunu oynayacaq. Ancaq hələlik Kaynarca üçün filmdə çəkiləcək qadın tərəf müqabili tapılmayıb. Bu məqsədlə Nurgül Yeşilçay filmə dəvət edilsə də, başqa seriallarda çəkilən aktrisa vaxtı olmadığı üçün bu təklifi qəbul etməyib.
DOSTLARINLA PAYLAŞ: