Stilinə və xarici görkəminə görə hər zaman təzyiqlərə tuş gələn populyar stilist Samir Əliyev dəli olub. Stilist ANS PRESS-ə müsahibəsində "Artıq dəli olmağın zamanı yetişib" deyib. Sonuncu imicini 1 saata düşünüb hazırladığını bildirən S.Əliyev "dəli" obrazında efirə çıxmaq istədiyini söyləyib: "Mən özüm istədim ki, dəli kimi görünüm. Yəni bu mənim iç dünyamdan xəbər verir və bunu bayıra çıxarmaqla sakitləşirəm. Bilirsiz ki, aprel-may ayları insanların qan qaynayan vaxtıdır. Bu aylar dəlilərin ən sevimli aylarıdır. Ona görə də, mən bu geyimlə özümü depressiyadan çıxara bilirəm".
Son vaxtlar çox pis vəziyyətdə olduğunu, çox ağır anlar yaşadığını deyir: "Bu aylarda insanlar depressiyaya tez düşürlər, ağlına fərqli-fərqli fikirlər gəlir. Və mən də sonunda dəli olmaq istədim!".