Şoumen Cem Yılmaz qolunda servet gezdirir
03 Avqust 2013 Şənbə 11:36
Cem Yılmaz 100 min dollarlıq saatı ile diqqet çekib.
Məşhur şoumen Cem Yılmaz bir restorandan çıxarkən fotokameraya tuş gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cemin qolundakı 100 min dollarlıq saat diqqəti cəlb edib.
Hər nə qədər sadə geyinsə də, seçdiyi bahalı aksesuarlarla diqqət çəkən C.Yılmaz dünya ulduzlarının da seçimi olan “Audemars Piguet” firmasının saatlarından istifadə edir.
İsveçrənin saat brendini seçənlər arasında Lionel Messi, Jay Z, Leonardo di Kaprio kimi məşhurlar da var.
Qeyd edək ki, 230 illik firmanın saatlarının qiymətləri 10 minlə -700 min avro arasında dəyişir.
DOSTLARINLA PAYLAŞ: