Şou-biznesin narkotik istifadəçiləri .
07 Dekabr 2012 Cümə 12:39
Rəmiş, Hüseyn Dərya, Anar Nağılbaz, Elşad Xose, Elçin Cəlilov - daha hansı məşhurlar var?
“Ulduzlar”ın narkotikdən istifadəsi və hətta bir çoxlarının narkotik maddədən dünyasını dəyişməsi günümüzün gerçəyidir. Modern.az oxuculara narkotik maddələrə “həssas” məşhurları təqdim edir.

Dünya şöhrətli Uitni Hyustonun ölümünə səbəbin kokain olduğu bildirilir. Müğənni bu ilin fevralında Los-Anceləsdə yerləşən “Beverli Hilton” otelinin nömrəsində ölü vəziyyətdə tapılıb.

2009-cu ildə “pop musiqisinin kralı” Maykl Ceksonun həkimi ona ölümcül dərəcədə narkotik tərkibli ağrıkəsən “Propofol” dərmanı təyin etdikdən sonra, dünya şöhrətli müğənni həmin preparatdan vəfat edir.

Gənc yaşlarından məşhur Şakira da narkotik maddə satıcısı olub. Buna səbəb isə müğənnin “SONY Music” studiyasının pulunu verib, orada “Gimmicky pop”u hazırlaması olub.

“Dark Knight” filmi də daxil olmaqla bir çox filmlərdən tanıdığımız aktyor Hit Lecer 2008-ci ildə reseptlə aldığı uyuşdurucu dərmanı yüksək dozada qəbul etdikdən sonra keçinib.

Amerikalı solo ifaçı və bəstəkar Cenis Coplin 27 yaşında yüksək dozalı heroin qəbulu nəticəsində dünyasını dəyişib.

Daha bir Amerikalı ifaçı Rudi Lyuis yüksək dozalı narkotik nəticəsində ölüb.

Aktrisa Lindsi Lohan alkoqol və narkotikdən istifadə edir.

Britni Spirs uzun müddət depressiyadan və narkotiklə bağlı problemlərinə görə səhnə fəaliyyətinə ara verib. Ulduz ancaq 2011-ci ildə yenidən ayaq üstə dayanmağı bacardı.

Məşhur müğənni Peris Hilton da tez-tez gündəmə narkotikdən istifadə etməklə gəlir.

Türkiyədə Tarkanın adı da narkotik istifadə edənlərin sırasında çəkilir. Hətta məşhur pop ulduz narkotik maddələrdən istifadə etmək ittihamı ilə həbs edilmişdi. Sonradan sərbəst buraxılmışdı.

İbrahim Tatlısəs də gənc yaşlarında narkotikdən istifadə edib. Müsahibələrinin birində sənətçi qeyd edib ki, gənc yaşlarında narkotik istifadə edib. Amma gəncləri bundan uzaq durmağa səsləyib.

“Yaprak dökümü” serialı ilə tanınan aktyor Şevket (Caner Kurtaran) kokain istifadə etdiyinə görə səhhətində problemlər yaşayıb.

Narkotik qəbul etmə ittihamı ilə həbs olunanlardan biri də Türkiyənin tanınmış sənətçisi Dəniz Səkidir. Müğənni narkotik maddələrdən istifadə etməkdə və yaymaqda ittiham olunaraq 218 gün həbsdə saxlanılıb.

Məşhur müğənni Yıldız Tilbe də narkotik maddə istifadəçiləri sırasında daxildir. Müğənni 1996-cı ildə narkotik istifadə etdiyi üçün həbs olunub. Eyni zamanda sənətçi narkotik asılılığından xilas olmaq üçün müalicə alıb.

İndi isə Azərbaycanda narkotikdən istifadə edən məşhurları tanıyaq:

Əməkdar artist, tanınmış gitara ifaçısı Rəmiş uzun müddət narkotik maddə istifadəçisi olub. Müsahibələrindən birində “Uşaqlıqdan narkotik istifadə edirəm, “Kubinka”da, “Dağlı məhəlləsi”ndə olduğum üçün. Narkotik səhhətimə çox pis təsir edib, bu həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi, – bu da həqiqətdir. Gör mən Allahın nə qədər düzgün bəndəsiyəm ki, hələ yaşayıram, ölməmişəm”.

Repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Hüseyn Dəryanın üzərindən heroin aşkar edilib və o həbs olunub. Bir müddət sonra buraxılıb.

Digər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin də narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır. Hətta ötən il reper Elşad Xose narkotik gəzdirdiyinə görə suçlanaraq həbs olunsa da, sonradan azadlığa buraxıldı.

Müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir.

Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotik asılılığının olduğu bildirilir.

“Qəşəng-qəşəng” mahnısı ilə tanınan meyxanaçı Zaur Aşiqin ölümünə səbəb də narkotikdən istifadə etməsidir. Hətta qeyd olunur ki, ölən zaman iynə qolunda olub.

Həmçinin əksər meyxanaçıların narkotik istifadəçisi olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar