Şou biznesin 3 məşhuru bir arada
06 İyul 2012 Cümə 17:17
Gövhər Həsənzadə, Almaz Əsgərova və Yaşar Baxış yenə bir araya gəlib.
Gövhər Həsənzadə, Almaz Əsgərova və Yaşar Baxış yenə bir araya gəlib. ANS PRESS-in məlumatına görə, bu dəfə üçlük üç mahnı üzərində işə başlayıb.
Sözləri Cəlal Qurbanova aid olan birinci mahnı “De, nə zaman qayıdacaqsan” adlanır. Formaca qəliz və mürəkkəb alınan bu mahnının hazırlanması çox uzun vaxt aparıb. Fərqli aranjeman mahnının effektini daha da artırıb. Artıq mahnı tamamlanıb və radio dalğalarına təqdimatı başlanıb.
Sözləri Gövhər Həsənzadəyə aid olan ikinci mahnı isə “Mən səni sevirdim” adlanır. Mahnı həzin motivlər üzərində qurulacaq.
Üçüncü mahnının da sözləri Gövhər Həsənzadəyə aiddir. Əslində bu mahnı üzərində iş birliyi 15 il öncə olsa da, təkrarən mahnı yeni versiyada hazırlanacaq.
Daha sonra üçlük işbirliyini albom üzərində davam etdirəcək. Almaz Ələsgərovanın ifasında Gövhər Həsənzadənin mahnılarından ibarət, aranjemanı Yaşar Baxışa aid olan mahnılar toplusundan ibarət albom buraxılacaq. Abom üçün mahnıların seçımı payızda başlayacaq.
DOSTLARINLA PAYLAŞ: