Şou-biznes əhlinin əlavə qazanc yerləri
25 İyul 2013 Cümə Axşamı 20:33
Sənət adamlarının ikinci biznesi.
Sənət elə bir şeydir ki, gənclik, təravət, enerji tələb edir. Məsələn, yaşı 60-ı keçmiş hansısa aktyor, yaxud müğənni ya heç kimə lazım olmur, ya da ki əvvəlki gücünü sərgiləyə bilmədiyindən meydandan çəkilməyə məcbur qalır. Elə bu üzdən də bir çox sənətkarlar kiməsə möhtacdırlar. Amma elə sənət adamları da var ki, gələcəyini indidən düşünüb.
Sənət adamlarının biznes fəaliyyəti ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik:
Teleaparıcı İlkin Həsəninin də dolanışığı təkcə televiziyadan çıxmır. Belə ki, o, icarəyə götürdüyü restoranı işlədir. Əldə etdiyimiz məlumata görə, İlkin bu işdə tək deyil. Belə ki, “Bozbash pictures”dən Şöşü kimi tanıdığımız Ramil Babayev teleaparıcının şərikidir.
Əməkdar artist, hamınnı “Toppuş bacı” kimi tanıdığı aktrisa Tünzalə Əliyevada öz biznesini quran sənətçilər sırasındadır.
Aktrisanın xınayaxdı məclislərini təşkili edən komandası var. Qrupda 10 nəfərin olduğunu deyən aktrisa məclislərin təşkilini elə də baha qiymətə həyata keçirmir. Əldə etdiyimiz məlumata görə, bu mərkəz “Şəbu nər” adlanır.
Teleaparıcı İlham Mirzəyev isə bu yaxınlarda mətbuata verdiyi açıqlamada şadlıq sarayı tikdirdiyini bildirmişdi. Onun dediyinə görə, şadlıq sarayı "Tale yolları” adlanacaq. Xırdalan şəhərində bu adda şadlıq sarayı var. Çox güman ki, Mirzəyev bu obyekti alıb. Hər halda bu ehtimaldır.
Əməkdar artist Aygün Bəylər də biznesi olan sənətçilərdəndir. Müğənninin Suraxanı rayonunda bir neçə avtoservisinin olduğunu öyrənə bilmişik. Əməkdar artist hazırda Azərbaycanda yaşamır. Rusiyada şəmkirlilərin restoranında çalışan sənətçi bu yaxınlarda Bakıya gələrək avtomobilini də satıb. Onun Suraxanıdakı obyektləri satıb-satmadığı məlum deyil.
Əməkdar artist Cavanşir Məmmədov sənət aləmindəki biznesmenlərdəndir. Hər halda 2-3 min manata toya getməklə 1 milyon avroluq avtomobilə sahib olmaq mümkün deyil. Əldə etdiyimiz məlumata görə, Məmmədov elə avtomobil biznesi ilə məşğuldur.
“Eurovision” milli seçim turlarının iştirakçısı, “Planet Parni iz Baku” KVN Teatrının aktrisası və R&B musiqi janrının ifaçısı Nika Babayeva (Nigar Babayeva) da bizneslə məşğuldur. Müğənni klubların birini yaxın dostu Fərid Rəhimovla birgə idarə edir.
Xalq artisti İlhamə Quliyeva isə elektron avadanlıqların satışını təşkil edən mağazaya sahibdir. Amma bu işlərə nəzarəti onun yenicə ailə qurmuş oğlu Orxan həyata keçirir. Bəzi məlumatlara görə, İlhamə xanım bəzi digər sahələrdə də biznes qurub.
DOSTLARINLA PAYLAŞ: