Soğan suyu ilə yuyunan gözəl
21 Avqust 2010 Şənbə 03:05
Türkiyənin məhşur aktrisa və modeli Tuba Ünsal gözəllik sirrlərini açıqlayıb.
Türkiyənin məhşur aktrisa və modeli Tuba Ünsal gözəllik sirrlərini açıqlayıb. Ünsal özünü günə verdiyi vaxt mineral su ilə üzünü yuduğunu deyib. “Mineral suyu həm içirəm, həm də xəlvətcə üzümə çiləyirəm. Bu sayədə üzüm rahatlanır”.

Tuba Ünsal gecə yatmağa hazırlaşanda üzünə kartof maskası qoyduğunu və bədənini soğan suyu ilə yuduğunu da deyib. “2 ədəd soğanı ortadan kəsərək 1 litr suda qaynadıram. Suyu ilıqlaşdırıb əvvəl üzümü, sonra bədənimi yuyram. Pis iyin qarşısını almaq üçün isə şampunla çimirəm”.

Aktrisa gözəl olmasını isə çox xiyar yeməyə borclu olduğunu deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar