Siyavuş Aslanın səhhəti qənaətbəxşdir
14 Dekabr 2010 Çərşənbə Axşamı 05:24
Xalq artisti bir həftədən sonra evə buraxılacaq
Dekabrın 11-də beyin qan dövranın kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhəti normallaşıb. Bu barədə xalq artistinin oğlu Eldar Aslan məlumat verib. Xalq artistini xəstəxanada ziyarət edən E.Aslan onun vəziyyətinin qənaətbəxş olduğunu deyib: “Səhhəti normaldır. Həkimlər tərəfindən profilaktik işlər aparılır”.

Xalq artistində təzyiqin tez-tez oynaması hallarının çoxdan müşahidə edildiyini bildirən Eldar Aslan atasının bir həftədən sonra xəstəxanadan çıxacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar