Sinan Akçıl və Hande Yener Bakıya gəlməyə hazırlaşırlar
06 İyul 2012 Cümə 12:11
Sinan Akçıl və Hande Yener paytaxtda konsert verəcəklər.
Türkiyənin hazırda sevilən ulduzlarından olan Sinan Akçıl və Hande Yener Bakı səfərinə hazırlaşırlar. Sənətçilər paytaxta konsert vermək məqsədi ilə gəlirlər. Bu barədə Milli.Az-a "Azerbaimar" production-dan məlumat verilib. Xəbərdə hər iki sənətçi ilə danışıqların aparıldığı bildirilir.

Öyrəndik ki, türk sənətçilərin Bakı konserti yaxın tarixdə təşkil olunacaq. Lakin hər ikisinin Bakı üçün ayıracığı vaxt gələn həftə bəlli olacaq. Təşkilatçı tərəf bildirib ki, sözügedən sənətçilər hazırda Türkiyə civarında ən çox konsertləri olan sənətçilərdəndir. Ona görə hər ikisinin Bakı üçün ayıracağı tarix görüş zamanı danışılaraq həll ediləcək.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova sonuncu duetini Sinan Akçılla ifa edib. Konsertdə xalq artistinin də iştirakı hələ ki, dəqiqləşməyib. Sinan Akçıl təşkilatçı ilə görüşündə Azərbaycanı doğma bildiyini və paytaxtımıza tək konsert vermək məqsədi ilə deyil, yaxından tanımaq məqsədi ilə də gələcəyini bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar