Sibel Can soyuldu
24 İyul 2012 Çərşənbə Axşamı 12:05
Sibel Can soyuldu. Oğrular müğənninin Beykoz Konaklarındakı evindən qızıllarını aparıblar.
Məşhur türk müğənnisi Sibel Can soyulub. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, dünən gecə yarısı sənətçinin Beykoz Konaklarındakı evinə oğrular girib. Oğrular ulduzun çox bahalı qızıl zinət əşyalarını aparıblar.
Oğrunun evə girməsi ilə həyacan siqnalı işə düşüb. Təhlükəzislik əməkdaşları cəld evə gəlsələr də, oğru izi itirməyi bacarıb.
Bir gün əvvəl İskenderunda konsert verən Sibel Can, hadisədən xəbər tutar-tutmaz İstanbula dönüb.
DOSTLARINLA PAYLAŞ: