Sezen Aksu mirası
18 Avqust 2010 Çərşənbə 05:30
Müğənni Sezen Aksu daha əvvəl bəstələdiyi və indiyə qədər heç kimə göstərmədiyi musiqi əsərlərini oğluna vəsiyyət edib.
Türkiyənin məhşur müğənnisi və özünəməxsus bəstələrin müəllifi Sezen Aksus oğlu Mithat Cana qeyri-adi mirasını vəsiyyət edib. “Habertürk”ün məlumatına görə, müğənni daha əvvəl bəstələdiyi və indiyə qədər heç kimə göstərmədiyi musiqi əsərlərini saxladığı seyfin açarını oğluna verib.
Qeyd edək ki, 1974-cü ildən musiqi sahəsində fəaliyyət göstərən Sezen Aksu bəstələdiyi musiqilərlə bir çox tələbəsinin də məhşur olmasını təmin edib. Buna baxmayaraq məhşur müğənni bəstələdiyi bir çox musiqi əsərini gizli saxlayaraq övladının gələcəyini də təminat altına alıb.
Mithat Can isə anasının verdiyi bu mirasa təəccüblənsə də bu əsərləri yaşadacağına dair anasına söz verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: