Sezen Aksu erməni bəstəkarla oxudu və ağladı
21 Mart 2013 Cümə Axşamı 08:14
Türkiyəli müğənni "günahlarımıza ağlayıram" deyə açıqlama verib.
Türkiyənin sevilən və tanınmış-bəstəkar müğənnisi Sezen Aksu erməni ud ifaçısı və bəstəkarı Ara Dinkcyan ilə birgə Əhməd Kayanın “Ağladıkça” mahnısını oxuyub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sezen Aksu erməni bəstəkarı Ara Dinkcyan müəllifi olduğu mahnını oxuyarkən göz yaşlarını saxlaya bilməyib.
Konsertdə türkiyəli müğənnini pianoçu Fahir Atakoğlu da müşayiət edib.

Sezen Aksu “Ağladıkça”nı oxuduqca göz yaşlarına görə mahnının sözləri arasında tez-tez fasilə edib. O, bu boşluğu pianoçu Fahir Atakoğlunun solo ifası ilə doldurmaq məcburiyyətində qalıb. İfasını bitirdikdən sonra Sezen Aksu ağlamağının səbəbini açıqlayıb. O, deyib ki, insanları bir-birilərindən ayırdıqları üçün ağlayır: “Aya getdik, Marsa getdik...İnsanı insandan bu dərəcə ayırdığımız üçün, qanı daha üstün tutduğumuz üçün ağlayıram. Günahlarımıza ağlayıram. Allah hamımızı bağışlasın”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar