Müğənninin intihara cəhd xəbərinin əsl məqamları açıqlandı.
Populyar müğənni Sevda Yəhyayevanın intihara cəhd edərək gecə yarısı xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum oldu. Sevda ilə yeni işbirliyinə başlamış prodüser Tolik ANS PRESS-ə açıqlamasında, baş verənlərin klip senarisi olduğunu bildirdi:
"Biz Sevda ilə sosial bir layihəyə hazırlayırıq. O kadrlarda Sevda adi xəstəxanaya deyil, narkodispanserə yerləşdirib. Çox maraqlı klip olacaq. Biz bu kliplə narkotik asılığından əziyyət çəkənlərin vəziyyətini göstərməklə narkotikin nə dərəcədə böyük bir bəla olduğunu insanlara çatdırmaq istəmişik".