Müğənni Sevda Yehyayeva Amerikada klip çəkdirəcək.
Xalq artisti Aygün Kazımovadan sonra Sevda Yahyayeva da Amerikada klip çəkdirmək fikrinə düşüb. ANS PRESS-in məlumatına görə, ifaçı bu barədə ANS TV-nin "Günə baxan" verilişində deyib: “De mənə” mahnısına Amerikada klip çəkdirəcəm. Çəkilişlər Nyu-York və Los-Anceles şəhərlərində aparılacaq. Mənimlə birlikdə Bakıdan yaradıcı kollektiv də gedəcək."
Qeyd edək ki, "De mənə" mahnısının sözləri şairə Leyliyə, musiqisi Pərviz Mahmudova aiddir.