Sevda Yəhyayaeva yeni klipini təqdim etdi
05 Aprel 2011 Çərşənbə Axşamı 18:44
Təqdimat mərasimində müğənnilərlə yanaşı futbolçular da iştirak edib
Bu gün “Yeni ulduz 2” mahnı yarışmasının finalçısı Sevda Yəhyayevanın yeni klipinin təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, tədbir Park Bulvardakı kinoteatrda keçirilib. Tədbirdə müğənnilər Röya, Namiq, Emin Bədəlov, Rahidə Baxışova və Kərim iştirak edib. “Gecdi daha” adlı mahnının bəstəkarı Nailə Mirmməmmədli, sözlərinin müəllifi isə Nihal İbrahimovadır. Klip Türkiyədə çəkilib. Burada müğənni Sevda Yəhyayevanın tərəf müqabili futbolçu, “Neftçi” klubunun üzvü Ruslan Abışovdur.
Təqdimatda braziliyalı futbolçular Rodriginyo, Flavinyo, belçikalı hücumçu Emil Mpenza, Makedoniya yığmasının oyunçusu Mitrevski, Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov və digərləri iştirak edib.
Tədbirdə Sevda Yəhyayevanın şəxsi saytı olan www.sevdayahyayeva.com-un rəsmi internet ünvanı da təqdim olunub. Həmin saytla canlı yayımlanan təqdimat mərasimində qeyd olunub ki, mahnıya klip Türkiyənin Antalya şəhərində lentə alınıb.
Daha sonra klipə baxış olub. Klip barədə fikirlərini bildirən Sevda Yəhyayevanın sənət dostu Röya isə müğənninin ifasını bəyəndiyini, lakin onun aktyorluq qabiliyyətinin çox zəif olduğunu bildirib.
Klipdə rol alan Ruslan Abışov isə futbol oynamağın klipdə aktyorluq etməkdən qat-qat çətin olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: