Sevda Yahyayeva maraqlı açıqlamalar verib
05 Mart 2014 Çərşənbə 15:12
Gənc müğənni Sevda Yahyayeva maraqlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, görkəmində ən əsasda saç düzümündə tez-tez dəyişikliklər edən ifaçı dən demə parikdən istifadə edir. Sevda bu barədə ANS telekanalında yayımlanan "Şoubiz" verilişinə verdiyi müsahibə zamanı bildirib.
“Evdə çoxlu pariklərim var: qara, uzun, qısa və s. Səhnə insanları bundan mütləq istifadə etməlidirlər, çünki tez-tez saç rəngi dəyişmək və ya başqa işlər görmək saç üçün çox ziyandır. Çox fenləmə saçlara ziyandır. Gələcəkdə saçların tökülməsinə gətirib çıxarır. Mən də onun qarşısını indidən almağa çalışıram. Amma son vaxtlar ancaq öz saçımla dolaşıram”.
Qeyd edək ki, Sevda Yahyayeva son dəfə xərçəng xəstəliyindən Əziyyət çəkən Nərmin üçün keçirilən aksiya zamanı ona dəstək çıxan sənətçilər sırasında olmağı ilə gündəmə gəlmişdi.
DOSTLARINLA PAYLAŞ: