Sevda Sonalıyeva tecili emeliyyat olundu
03 Avqust 2013 Şənbə 11:36
Sevda Sonalıyeva: Meni narkozdan ayılda bilmirdiler. Ayılanda gördüm ki, saçlarımı da kesibler"
Şou-biznesə rəqqasə kimi gəlib, özünü müğənni kimi təsdiqləyən Sevda Sonalıyeva xəstəxanaya yerləşdirilib. Bu məlumatı eksklüziv olaraq Lent.az-a müğənnin yaxınları məlumat verib: “Sevdanı ötən gün gecə saat 22:00 radələrində xəstəxanaya yerləşdirdik. Onun qəflətən halı pisləşdi, sudurğası tutdu. Bir neçə saat əməliyyat olundu. Həkimlər onun daha bir neçə gün xəstəxanada qalıb, müayinə olacağını söylədi. Çünki, çox riskli əməliyyat keçirdib”.

Əməkdaşımız müğənnin özü ilə əlaqə saxlayıb. O, Lent.az-a səhhəti barədə bunları dedi: “Heç özümdə bilmədim nə oldu mənə. Sadəcə gördüm ki, xəstəxanadayam. Həkimlərin əhatəsində. Onlar məni narkozdan ayılda bilmirdilər. Ayılanda gördüm ki, saçlarımı da kəsiblər. Çox danışa bilmirəm”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar